Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart soyqırımının 104-cü ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi

0

  • 31 Mart soyqırımının 104-cü ildönümü ilə
    əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi. Anım
    mərasimində Xocalı  Rayon İcra
    Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, icra hakimiyyətinin məsul
    şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
    rəhbərləri və ictimai fəallar iştirak etdilər.

    Tədbirdən əvvəl Xocalı Rayon MKS-in təşkilatçılığı
    hazırlanmış 31 Mart - Azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı
    haqqında və erməni vəhşiliyindən bəhs edən kitablara baxış oldu.

    Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin
    ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Xocalı  Rayon İcra Hakimiyyəti başçısının müavini
    Lamiyə Qarayeva ermənilərin mənfur xislətindən danışdı. Bildirdi ki,
    ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin
    araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər
    Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin
    imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı
    haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü”
    elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm
    işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
    Son illər  bu sahədə aparılmış
    araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba
    şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

    Mənfur xislətlərini zaman-zaman aşkar edən ermənilər
    1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan
    tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə minlərlə
    azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə
    qurtardı. Vətən müharibəsində döyüş meydanından qaçan ermənilər dinc əhalinin
    yaşadığı şəhərlərə raket zərbələri atmaqla faciələr törətdilər. 

     Sonra Xocalı rayon Başkənd kənd tam orta məktəbinin
    Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova geniş məruzə ilə çıxış
    edərək ermənilərin xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin
    mahiyyəti və tarixi kökləri barədə danışdı. Bildirdi ki, 1905-1906-cı illərdə
    Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda,
    sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və
    Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı
    dəstələri İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə
    istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla,
    qovmaqla və həmin ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını
    qoymaq istədilər.

    Sayları on mindən artıq olan erməni silahlı
    birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində,
    Üçkilsə, Şərur - Dərələyəz və Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl,
    Qazax, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış
    məntəqəsini viran qoymuşlar. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə
    kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni
    millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası Bakıda və digər
    yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart
    ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk
    atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar
    yaşayan “Kərpicxana”, “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin
    məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar.
    Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları
    qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da,
    artıq gec idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi.
    Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür
    deyə dərhal qətlə yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır,
    hamilə qadınları işgəncələrlə qətlə yetirirdilər. Azərbaycanlılara məxsus
    məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar.

    Daha sonra “Xocalı Rayon Mərkəzi Xəstəxanası”
    publik hüquqi şəxsin direktoru, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin
    Gəncə bölməsinin sədri Aqil Məmmədov çıxışında ictimai birliyin Xocalı
    soyqırımının tanıdılması, erməni barbarlığının ifşa edilməsi istiqamətində
    keçirdiyi tədbirlər barədə məlumat verdi. İnformasiya müharibəsində, təbliğat
    işlərinin aparılmasının fəal olmağımızın vacibliyini vurğuladı. Qeyd etdi ki,
    ermənilər öz saxta məlumatları, yalanları ilə bütün dünyanı aldatmağa çalışır.
    Başımıza gətirilən müsibətlərin, soyqırımların unudulmasına yol
    verməməliyik.  

    Sonda "Qan yaddaşımız" adlı sənədli film
    nümayiş etdirildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    31 Mart soyqırımının 104 ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi

    Maraqlı gələ bilər
    166
    33